Zərif Tehranın Hələbdə Baş Konsulluq açmaq qərarını açıqladı

 06:46 13.05.2021     57

İran Suriyanın Hələb şəhərində Baş Konsulluq açacaq.

Publika.az TASS-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Onun sözlərinə görə, bu barədə qərar Suriya prezidenti Bəşər Əsəd və Suriya Xarici İşlər Nazirliyi ilə razılaşdırılaraq qəbul edilib: "İranın Suriyadakı Baş Konsulluğunun açılmasının iki ölkə arasında iqtisadi, mədəni və ticarət əməkdaşlığını genişləndirəcəyinə ümid edirəm".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/355979.html