Xronik tofuslu podaqra

 07:21 13.05.2021     45

Xronik tofuslu podaqra tofusların inkişaf etməsi,xroniki artrit,böyrəklərin zədələnməsi və sidik daşı xəstəliyi ilə xarakterizə olunur.Xəstəliyə spesifik müalicə aparılmadıqda,xəstələrin yarısında tofuslar inkişaf edir.Tofusların əmələgəlmə müddəti müxtəlifdir.Onlar orta hesabla 11 il müddətinə əmələ gələ bilirlər.Tofusların əmələ gəlməsi aşağıdakılardan asılıdır:
- xəstəliyin gediş xüsusiyyətindən
- hiperurikemiya
- böyrəklərin zədələnməsinin dərəcəsindən
Tofuslar əsasən əl və ayaq barmaqlarında,diz oynaqlarında,dirsəkdə,qulaq seyvanında dərialtı və ya dəriiçi nahiyədə əmələ gəlir.Hiperurikemiyalı böyrək xəstələrində tofuslar daha tez meydana çıxır.Podaqranın bu növünə sidikdaşı xəstələrinə daha çox rast gəlinir.Bu zaman xəstələrin sidiyində və qanında sidik turşusunun miqdarı çox olur.Bu zaman"podaqra böyrəyi" əlamətləri meydana çıxır ki,arterial təzyiqin yüksəlməsi baş verir.
Xroniki tofuslu xəstələrin müayinəsi zamanı aşağıdakılar aşkar edilir:
- oynaqların xarakterik zədələnməsi
- böyrəklərin zədələnməsi
- purin mübadiləsinin pozulması
Xəstəliyə diaqnoz qoyulan zaman qan zərdabında urat kristallarının olmasının əhəmiyyəti böyükdür.Rentgenoloji müayinədə xəstəliyin ilkin mərhələsində dəyişikliklər aşkar edilmir.Son mərhələdə isə rentgenoqrafiyada eroziya,uratların oynaq boşluğunda toplanması,oynaq yarığının daralması və kölgələr aşkar edilir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/945983.html