Tacikistanda TƏBİİ FƏLAKƏT: ölənlər var - FOTO

 08:31 13.05.2021     37

Mayın 11-dən başlayaraq Tacikistanın Xatlon, Kulyab və Qissar vilayətlərində baş verən sel və daşqın nəticəsində 9 nəfər ölüb, yaralılar var.

Publika.az Tacikistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Xatlon vilayətinin infrastruktur obyektlərinə, mülki evlərə, yüzlərlə metr avtomobil yoluna, məişət obyektlərinə daha çox ziyan dəyib, 4 körpü dağılıb, ev heyvanlarını sel aparıb.

Ümumiyyətlə ölkənin 15 rayonu təbii fəlakət zonası elan olunub.

Tacikistan Prezidenti Emamali Rahmonun tapşırığı ilə Baş nazir Kaxir Rasulzodanın rəhbərliyi ilə Hökumət Komissiyası yaradılıb. Təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması istiqamətində iş aparılır. Dəyən zərərin həcmi hesablanır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/dunya/355982.html