Türkiyəyə növbəti partiya “Sinovac” vaksini gətirildi

 09:00 13.05.2021     52

Türkiyədə COVID-19-la mübarizə tədbirləri çərçivəsində kütləvi peyvəndləmə davam etdirilir. Vaksinləşmə əsasən Çindən alınan “Sinovac” vaksini ilə aparılır. Mayın 12-də “Sinovac” peyvəndinin növbəti hissəsi Türkiyəyə gətirilib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Ko məlumat verib.

O bildirib ki, hökumət 100 milyon “Sinovac” vaksini almaq üçün anlaşma imzalayıb. Bundan başqa, istehsalçı şirkət “Sinovac” vaksininin Türkiyədə tədarük edilməsi ilə bağlı lisenziya verib.

Nazir qeyd edib ki, mayın 13-dən etibarən yaşından asılı olmayaraq tibb işçilərinin həyat yoldaşlarının da peyvəndlənməsinə başlanılacaq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/355985.html