Qəzza zolağında ölənlərin sayı 65-ə çatıb

 09:21 13.05.2021     45

İsrailin Qəzza zolağını atəşə tutması nəticəsində azı 65 nəfər ölüb, 365 nəfər isə xəsarət alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyindən deyiblər.

Nazirlikdən bildirilib: "İsrailin Qəzza zolağını atəşə tutması nəticəsində 16-sı yeniyetmə və 5-i qadın olmaqla 65 nəfər həlak olub, 365 nəfər isə xəsarət alıb".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/947700.html