ÜST-nin Baş direktoru koronavirusa qarşı peyvənd olunub

 09:29 13.05.2021     43

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusa qarşı peyvənd olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, ÜST-nin Baş direktoru bu barədə özünün "Twitter" səhifəsində bildirib.

Qebreyesus insanları vaksinasiya prosesində iştirak etməyə çağırıb. O bildirib ki, peyvəndlər insanların həyatlarını xilas edir:

"Mənim kimi peyvəndlərin mövcud olduğu bir ölkədə yaşayırsınızsa, xahiş edirəm növbəniz gələndə peyvənd olunun".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/947705.html