Qüds qırmızı xəttdir, çıxmayacağıq - Mahmud Abbas

 09:37 13.05.2021     47

Qüds qırmızı xəttdir. O azad olmadığı təqdirdə sülh ola bilməz.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Fələstin Prezidenti Mahmud Abbas deyib.

"Qüds, Qəzza və Qərbi Şəriyədə xalqımıza qarşı barbarca hücumu dayandırmaq üçün səylərimizi davam etdiririk. Səbir kasamız daşdı. Gedin başımızdan. Yaxamızı buraxın. Vətənimizdən çıxmayacağıq, gözünüzə tikan kimi batmağa davam edəcəyik. Qüds ərəb və islam dünyasının olaraq qalacaq. Qüdsün çağırışı bütün dünyanı birləşdirir", - o bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/neareast/355987.html