BMT TŞ-nın Fələstin-İsrail məsələsi ilə bağlı iclası keçirilə bilər

 09:52 13.05.2021     38

Çin, Tunis və Norveç Fələstin-İsrail münaqişəsi ətrafındakı vəziyyəti müzakirə etmək üçün BTM Təhlükəsizlik Şurasının açıq iclasının keçirilməsini təklif edib.

Publika.az TASS-a istinadən bildirir ki, qərar yaxın vaxtlarda Təhlükəsizlik Şurasının sədri olan Çin tərəfindən veriləcək.

"Çin, Tunis və Norveç Fələstin-İsrail ətrafındakı vəziyyətlə bağlı sabah açıq görüşün keçirilməsini istəyib. Qərar yaxın zamanda Təhlükəsizlik Şurasına sədrlik edən Çin tərəfindən qəbul ediləcək", - deyə məlumatda vurğulanıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/neareast/355988.html