ABŞ, Fransa və Almaniya bunu təsdiqlədi - Kiyev

 10:00 13.05.2021     42

Ukrayna NATO-ya üzv olacaq, bunu artıq baş katib və xüsusilə ABŞ, Fransa və Almaniya da təsdiqləyib.

Axar.az xəbər verir ki, bunu Ukrayna Baş nazirinin Avroatlantika inteqrasiyası üzrə müşaviri Olqa Stefanişina deyib.

"Əlbətə ki, bu müddət kifayət qədər uzundur. Məsələn, Şimali Makedoniya 20 ilə yaxındır ki, yalnız xəritənin tətbiqinə doğru irəliləyir. Bu, bir neçə il davam edəcək bir işdir, eyni zamanda kollektiv təhlükəsizliyə böyük töhfə veririk. NATO-nun praktiki olaraq bütün təlimlərində iştirak edirik.

Siyasi bir qərar veriləcək. Buna görə də bu işə, siyasi danışıqlara başlamağımız vacibdir", - Stefanişina qeyd edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/558366.html