Şuşada bayram namazı qılındı - Video

 10:05 13.05.2021     46

İşğaldan azad olunmuş Azərbaycanın dilbər guşəsi Şuşada 29 ildən sonra Ramazan bayramı namazı qılınır.

Axar.az xəbər verir ki, Yuxarı Gövhərağa məscidində qılınan bayram namazı saat 09:00-da başlayıb.

Bayram namazından əvvəl Quran tilavət olunub. Bayram namazı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənlinin imamətliyi ilə qılınıb.

Qeyd edək ki, Şuşa işğaldan azad ediləndən sonra sonra Yuxarı Gövhərağa məscidi təmir edilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/558389.html