BMT-nin Fələstin və İsrail üzrə iclası BU TARİXDƏ keçirilə bilər

 10:24 13.05.2021     51

Tunis, Norveç və Çin Fələstin-İsrail münaqişəsi zonasındakı gərginliyin eskalasiyasını müzakirə etmək üçün BTM Təhlükəsizlik Şurasının yaxın zamanda açıq iclasının keçirilməsini istəyiblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "TASS"a Təhlükəsizlik Şurasındakı mənbə deyib.

Mənbə bildirib: "Çin,Tunis və Norveç Fələstin və İsrail ətrafındakı vəziyyətlə bağlı cümə günü açıq görüşün keçirilməsini istəyib. Qərar yaxın zamanda cari ay Təhlükəsizlik Şurasının sədri olan Çin tərəfindən qəbul ediləcək".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/947708.html