BMT-nin baş katibi Fələstin-İsrail münaqişəsi ilə bağlı çağırış etdi

 10:44 13.05.2021     48

BMT-nin baş katibi Antoniu Quterrreş dinc sakinləri qorumaq məqsədi ilə Fələstin və İsrail arasındakı münaqişənin deeskalasiyasına nail olmağa çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunları baş katib Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfrasında deyib.

A.Quterreş bildirib: "Biz indi tamamilə qəbuledilməz şəraitdə ölən dinc sakinlərin həyatlarını qorumaq üçün münaqişənin deeskalasiyasına nail olmalıyıq".

BMT-nin baş katibi S.Lavrovla Suriya, Liviya, Əfqanıstan və Yəməndəki vəziyyət, o cümlədən Fələstin-İsrail münaqişəsinin eskalasiyası da daxil olmaqla regional və beynalxalq sülh və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardıqlarını bildirib.

Milli.Az 


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/947710.html