Azərbaycanda şirkət rəhbəri dünyasını dəyişdi - FOTO

 20:08 13.05.2021     35

"Media Show" adlanan şirkətin təsiscisi Əsədov Ceyhun Mahmud oğlu anidən dünyasını dəyişib.

Publika.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, 34 yaşlı C.Əsədov beyinə qansızması nəticəsində həyatını itirib.

Bir müddər öncə Bakı şəhərinə aparılan, daha sonra Tovuz rayonuna gətirilən mərhum bu gün keçinib.

C.Əsədov sabah Tovuz rayonunda dəfn olunacaq.

Allah rəhmət eləsin!


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/sosial/356038.html