Daha 509 nəfər koronaya yoluxdu

 20:16 13.05.2021     40

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 509 yeni yoluxma faktı qeydə alınıb, 1 427 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Axar.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 328 668 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 311 198 nəfər müalicə olunaraq sağalıb, 4 742 nəfər vəfat edib. Aktiv xəstə sayı 12 728 nəfərdir.

Ötən müddət ərzində 3 360 900 test aparılıb. Bugünkü test sayı isə 7 733-dür.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/558520.html