Peyvənd olunanların sayı açıqlandı

 20:21 13.05.2021     47

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 21015 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Axar.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 857, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 158 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 748 525, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 019 352, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 729 173 təşkil edir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/558522.html