Cəlilabadda FACİƏ: Atanın törətdiyi qəzada qızı öldü

 21:00 13.05.2021     53

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, idarəetməni itirən “Nissan Sunny” markalı minik avtomobili yolun kənarına aşıb.

Qəza nəticəsində sürücünün övladı, Qasımzadə Ruqiyyə Məhəmməd qızı vəfat edib.

Həmçinin bir nəfər yüngül xəsarət alıb. Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. / "Report"


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/hadise/356042.html