Bayram günləri avtobus zolağına daxil olanlara cərimə yazılır?

 21:25 13.05.2021     49

Şənbə-bazar və qeyri-iş günlərində ictimai nəqliyyat işləmədiyi üçün avtobus zolaqlarından istifadədə məhdudiyyət tətbiq edilmir.

Axar.az Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

“Vacib olan ictimai nəqliyyatın çalışdığı günlərdə sürücülərin avtobus zolağının tələblərinə riayət etmələridir. Məqsəd bu zolaqlara nəzarətin gücləndirilməsi ilə yanaşı sayının da artırılmasıdır”, - deyə M.Ağayev bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/558531.html