Daha 30 sahibkarın Rusiyaya pomidor ixracına icazə verildi

 22:00 13.05.2021     55

Rusiyanın baytar və fitosanitar nəzarət üzrə Federal Agentliyi “Rosselxnadzor” mayın 14-dən etibarən Azərbaycanın 30 müəssisəsinin ölkəyə pomidor ixrac etməsinə icazə verib.

Publika.az xəbər verir ki, bu barədə qurumdan yayılan məlumatda bildirilib.

Məlumata əsasən, qərar birgə videoyoxlanış zamanı seçilmiş məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının yekunları, eləcə də Azərbaycan Qida təhlükəsizliyi Agentliyinin təminatı əsasənda qəbul olunub.

Qeyd edək ki, hələ ötən ilin dekabr ayında “Rosselxnadzor” Azərbaycandan idxal olunan pomidorlarda Cənubi Amerika güvəsi aşkar olunduğunu bəyan edərək müvəqqəti məhdudiyyətlər tətbiq edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/gundem/356046.html