Aynur Dadaşova həyat yoldaşını avtomobildə xəyanət edərkən tutub

 22:27 13.05.2021     64

ARB TV-nin "Sözbaz" verilişinin növbəti müsahibi müğənni Aynur Dadaşova olub.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, işıqfordan yan avtomobildə güzgüsündən həyat yoldaşının yanında başqa qadını görən Aynur Dadaşova həyat yoldaşının xəyanətindən danışıb:

"Gərək hər şeyə o vaxt son qoyardım. Bu qədər zaman gözləməzdim. Ömrüm getdi. Allah insanın qarşısına çıxardır ki, ay bəndə, ayıl! Yenə də dedim ki, övlad var. O xəyanətdən sonra 7 ay küsülü münasibət oldu. Oğlum körpə olması və böyüyəndə "nə oldu?, niyə?" sualları verəcəyi ehtimalı məni çox qorxutdu. Sonra onunla olan həyatıma davam etdim. Heç bir qadın isti ocağına su töküb söndürmək istəməz. Xanım-xatun kimi əyləşib yeməyimi bişirirdim. Amma indi çörəkpulu dalınca qaçıram. Həm evdə səliqə, həm yemək bişir. Bəzi insanlar yazır ki, oxumağa görə boşandı. Düz yazıb, düz demirsiz, çünki siz mənim nə yaşadığımı bilmirsiz. Uşaqlarımın atasını o qədər sevmişəm, o qədər istəmişəm ki... Özümə yazığım gəlirdi ki, belə sevgi olar? Bəlkə də o sevgidən mən ölə bilərdim. Bu qədər yalanın, xəyanətin qarşısında mümkün olmadı".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/936211.html