Çində güclü zəlzələ baş verdi

 22:44 13.05.2021     62

Çinin Yunnan əyalətinin cənub-qərbində Baoşan şəhəri ərazisində 4,7 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ ocağı yer səthindən 8 kilometr dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/558544.html