İsraildə ehtiyatda olan 9000 əsgər orduya ÇAĞIRILDI

 22:49 13.05.2021     60

İsraildə 9 min ehtiyatda olan əsgər Müdafiə Ordusunun sıralarına çağırılıb.

Publika.az "Yeddinci Kanal"a istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə naziri Beni Gants sərəncam imzalayıb.

Bundan əvvəl İsrail ordusunun rəsmi nümayəndəsi, briqada generalı Xiday Zilberman ordunun "hər an quru əməliyyatına başlamağa hazır olduğunu" bildirib.

"The Jerusalem Post" qəzetinin verdiyi məlumata görə, quru əməliyyatı planı gün ərzində baxılması üçün Baş Qərargah rəisi Aviv Koxaviyə təqdim edilməlidir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/neareast/356050.html