Borrelldən acı etiraf: Avropa bu məsələdə gücsüzdür!

 22:56 13.05.2021     69

Gərginliyin artmasına, qarşıdurmaya və mülki şəxslərin ölümünə son qoyulmasına çağırış edirik, lakin hazırda yalnız ABŞ-ın İsrailə təzyiq göstərmək gücü var.

Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin baş diplomatı Jozep Borrell deyib.

"Avropa uzun zamandır belə bir potensiala sahib deyil. AB-nin İsrail-Fələstin məsələsini həll etmək potensialı yoxdur. BMT və AB-nin rəsmi mövqeyi ikidövlətli həll və bunun üzərində israrlı olmasına baxmayaraq, həll yolunun hər keçən gün daha da çətinləşdiyinin fərqindədir. Dünya bir neçə ildir başqa yönə baxdı və İsrail ilə Fələstin arasındakı qarşıdurmanı unutmaq istədi. Ancaq problem hələ də var və indi baş verənlər heç bir çıxış yolu görməyən Fələstin xalqının ümidsizliyinin təzahürüdür", - Borrell bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/558548.html