ABŞ-dan Azərbaycan və Ermənistana ÇAĞIRIŞ: "Təmkinli olun..."

 23:00 13.05.2021     62

ABŞ Dövlət Departamenti rəsmi Bakı və Yerevana Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi azaltmağa çağırır.

Publika.az xəbər verir ki, bu barədə departamentin sözçüsü Ned Prays özünün "Twitter" hesabında yazıb.

"Ermənistan-Azərbaycan sərhədinin demarkasiya aparılmamış hissəsində gərginliyin artması barədə xəbərləri diqqətlə izləyirik. Tərəflər arasında ünsiyyətin davam etdiyini başa düşürük, vəziyyəti gərginləşdirməmək üçün təmkinli olmağa çağırırıq" - deyə, N.Prays bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_xeber/356051.html