Brilliant Dadaşova karantin rejiminin bitəcəyi tarixdən danışdı

 23:16 13.05.2021     62

İnsanlar pandemiyanın səbəb olduğu qadağaların aradan qaldırılacağı günü səbrsizliklə gözləyirlər.

Koronavirus bəlasından nə zaman qurtulacağımızla bağlı ən xırda məlumat belə hər kəsə maraqlı gəlir. Hər xəbərə, hər ismarıca diqqət kəsilirlər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, xalq artisti Brilliant Dadaşovanın öz sosial şəbəkə hesabında pandemiyanın bitəcəyi ilə bağlı səsləndirdiyi tarix də izləyicilər tərəfindən maraqla qarşılanıb.

Belə ki, "Instagram" hesabında canlı yayım edən Xalq artisti pandemiya şəraitinin iyun ayında aradan qalxacağını deyib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/936235.html