Xiaomi-nin yeni qatlana bilən smartfonu necə olacaq?

 23:20 13.05.2021     78

Hələ bir neçə müddət bundan öncə Xiaomi-nin ilk qatlana bilən smartfonu Mi Mix Fold-un satışa çıxmasına baxmayaraq internetdə artıq şirkətin yeni qatlana bilən smartfonu barəsində məlumatlar ortaya çıxmağa başlayıb. Digital Chat Station ləqəbli məşhur çinli insayder Xiaomi-nin yeni qatlana bilən smartfonunun sahib olacağı bəzi özəlliklər barəsində məlumat verib. Beləliklə insayderin verdiyi məlumata əsasən şirkətin yeni qatlana bilən smartfonu J18s kod adına sahibdir. Məlumatda qeyd edilib ki, smartfonun həm daxili həm də xarici ekranı 90 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Mi Mix Fold-un yalnız xarici ekranı 90 Hz-lik təsvir yenilənməsini dəstəkləyir. Onun daxili ekranı isə 60 Hz-lik təsvir yenilənməsinə sahibdir.

Xiaomi-nin yeni qatlana bilən smartfonunun əsas özəlliyi isə ekranın alt hissəsinə inteqrasiya olunacaq ön kamera olmalıdır. Həmin kameranın hansı ekranın alt hissəsinə quraşdırılacağı barəsində məlumat verilməyib. Mi Mix Fold ümumiyyətlə ön kameraya sahib deyil. İnsayder bildirib ki, yeni smartfon üçlü arxa kameranı əldə edəcək və onlardan ən əsası 108 MP-lik olacaq. Bununla yanaşı smartfon ultragenişbucaqlı kamera sensoruna və 3 qat optik zoom ilə maye linzalı teleobyektivə sahib olmalıdır. Xiaomi-nin yeni qatlana bilən smartfon modelinin nə zaman təqdim olunacağı bilinmir. Şirkət onu ya bu ilin sonunda ya da gələn ilin əvvəlində təqdim edə bilər.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/947645.html