Azərbaycan gəmisi Türkmənistanda belə qarşılandı - Foto

 00:19 14.05.2021     75

Türkmənistanın Türkmənbaşı limanına ilk dəfə yan alan "Azərbaycan” Ro-Pax gəmi-bərəsinin milli adət-ənənələrə uyğun qarşılanma mərasimi olub.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən Axar.az-a verilən məlumata əsasən, türkmənistanlılar ASCO dənizçilərinə yeni gəminin istismarı münasibətilə xeyir-dua verib və uğurlu səfərlər arzulayıblar.

Öz növbəsində gəmi heyəti də bu isti qarşılanmaya görə təşəkkür ediblər.

Qeyd edək ki, "Azərbaycan” ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan ilk Ro-Pax tipli gəmi-bərədir. Gəmi bu ilin martında istismara verilib. Gəminin ilk səfəri 7 may tarixində Qazaxıstanın Kurık limanına olub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/558562.html