"Anadolu" Agentliyinin iki əməkdaşı Qəzza zolağında yaralandı

 00:00 14.05.2021     66

Türkiyənin "Anadolu" Agentliyinin iki əməkdaşı - fotomüxbir Mustafa Hassuna və operator Məhəmməd əl-Alul Qəzza bölgəsinin İsrail tərəfindən cavab atəşinə tutulması nəticəsində yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə agentlikdən məlumat verilib.

Hadisənin təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, artıq bir neçə gündür davam edən İsrail-Fələstin qarşılıqlı raket hücumları nəticəsində 6 israilli və 83 fələstinlinin öldüyü bildirilib


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/neareast/356055.html