ABŞ və İsrail rəsmiləri Pentaqonda: Qəzzadan hücum...

 01:16 14.05.2021     60

ABŞ və İsrailin yüksək rütbəli hərbi nümayəndələri arasında Qəzzadan raket hücumları ilə bağlı Vaşinqtonda danışıqlar aparılıb.

Axar.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

“Llyod Ostinin siyasi məsələlər üzrə müavini Kolin Kal və İsrail Müdafiə Nazirliyinin Hərbi-Siyasi bürosunun direktoru Zoxar Parti Pentaqonda görüş keçirib. Onlar müdafiə sahəsində partnyorluğu və ikitərəfli əməkdaşlığın mümkün inkişafı yollarını müzakirə ediblər. Tərəflər son günlər Qəzzadan edilən raket hücumlarını da müzakirə ediblər”, - deyə bildirilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/558570.html