Dünyada 1.3 milyon dozadan çox COVID-19 peyvəndi vurulub

 02:12 14.05.2021     68

Mayın 13-dək dünyada koronavirus əleyhinə 1 milyard 370 milyon vaksin dozasından istifadə olunub.

Publika.az xəbər verir ki, peyvəndləmənin statistikasını aparan “Ourworldindata.org” saytının məlumatına görə, ən çox vaksin Çində vurulub – 354 milyon 272 min doza. İlk onluqda Çindən sonra ABŞ (264 milyon 680 min doza), Hindistan (176 milyon 45 min), Böyük Britaniya (54 milyon 160 min), Braziliya (49 milyon 188 min), Almaniya (36 milyon 837 min), Fransa (26 milyon 806 min), Türkiyə (25 milyon 466 min), İtaliya (25 milyon 404 min) və Rusiya (22 milyon 575 min) yer alır.

Əhali sayına nisbətdə ən çox vaksin dozası vurulan ölkələrin siyahısında birinci yeri 100 nəfərə 132 doza ilə Seyşel adaları tutur. İkinci yerdə 121,54 doza ilə İsrail, üçüncü yerdə 114,93 doza ilə Birləşmiş Ərəb Əmirlikləri, dördüncü yerdə 105,81 doza ilə San-Marino, beşinci yerdə isə 88,99 doza ilə Malta qərarlaşıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/dunya/356060.html