Livandan İsrail ərazisinə 3 raket atıldı

 02:12 14.05.2021     52

Livanın Əl-Kəlilə bölgəsindən İsrail ərazisinə "Qrad" tipli raketlər atılıb.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

İsrail ordusu da xəbəri təsdiqləyib və bildirib ki, İsrail ərazisinə 3 "Qrad" raketi atılıb.

Bu arada Türkiyənin Anadolu agentliyi operator Mohammad əl-Alul və fotomüxbiri Mustafa Hassunun Qəzza bölgəsində yaralandığını bildirib.

İsraillə Qəzza zolağındakı sərhəddə vəziyyət bazar ertəsi gərginləşib. İsrailin yaşayış məntəqələri arasıkəsilmədən raket atəşinə tutulur.

İsrail isə öz növbəsində Fələstinin HƏMAS və “İslami cihad” qruplaşmalarının hədəflərini vurub, bir neçə döyüşçünü, o cümlədən yüksək vəzifəli səhra komandirlərini məhv edib.

Açıq mənbələrin məlumatına görə, hazırda İsrail ordusu Qəzzada quru əməliyyatlarının keçirilməsinə hazırlaşır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/neareast/356063.html