İranla sərhəddə Türkiyə polisi ŞƏHİD OLDU

 06:16 14.05.2021     60

Türkiyə-İran sərhəd xəttində terror hücumu nəticəsində xüsusi əməliyyat polisi şəhid olub.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Ağrı vilayətimizdə, Türkiyə-İran sərhəd xəttində sərhəd divarının inşaatının təhlükəsizliyinə məsul olan qəhrəman xüsusi əməliyyat polisimiz terror təşkilatı üzvlərinin İran tərəfində açdıqları atəş nəticəsində şəhid olub. Şəhidimizə Allahdan rəhmət, əziz millətimizə, kədərli ailəsinə və Türk Polis Təşkilatımıza başsağlığı diləyirik", - nazirliyin məlumatında deyilir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/region/356065.html