"Borussiya" beşinci dəfə Almaniya kubokunun qalibi oldu

 07:34 14.05.2021     56

"Borussiya Dortmund" komandası Almaniyanın futbol üzrə Kubokunun final matçında "Leyptsiq"i məğlub edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, oyun 4:1 hesabı ilə başa çatıb.

Qalib komandanın heyətində qolları Ceydon Sanço (5-ci, 45-ci dəqiqələr) və Erlinq Holand (28,87) fərqləniblər. Məğlub olanların heyətində Dani Olmo (72) fərqlənib.

Beləliklə, "Borussiya" beşinci dəfə Almaniya Kubokunu qazandı və "Şalke" ilə "Ayntraxt" klublarla bu göstəriciyə görə bərabərləşib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/947877.html