ABŞ-da atışma zamanı doqquz nəfər yaralanıb

 07:55 14.05.2021     51

ABŞ-da atışma nəticəsində ən azı doqquz nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə WPRI telekanalı bildirib.

Məlumata əsasən, hadisə Providens şəhərində (Rod-Aylend ştatı) baş verib.

Xəsarət alanlardan üçünün vəziyyəti ağır kimi qiymətləndirilir, onlar xəstəxanalara yerləşdirilib. Polis cinayətkarları hələki saxlamayıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/947879.html