Kolumbiyada 4,3 bal gücündə zəlzələ baş verib

 08:17 14.05.2021     42

Kolumbiyanın mərkəzi hissəsində 4,3 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Seysmologiya Mərkəzi bildirib.

Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 18:55-də Los Santos bələdiyyəsində (Santander Mərkəzi Departamenti) baş verib. Təkanların ocağı 154 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/947883.html