"Mançester Yunayted" "Liverpul"a evdə uduzdu

 08:28 14.05.2021     46

Futbol üzrə İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınmış iki oyun keçirilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, əvvəlcə 19-cu turdan təxirə salınmış "Aston Villa" - "Everton" görüşü baş tutub.

Bu oyunda komandalar meydanı qolsuz tərk ediblər.
 
Daha sonra 34-cü turda Mançesterdəki etirazlara görə təxirə salınmış "Mançester Yunayted" - "Liverpul" matçı keçirilib. Altı qolun qeydə alındığı bu oyunda isə qonaqlar qələbə qazanıblar.

Bu nəticədən sonra "Mançester Yunayted" 70 xalla 2-ci pillədə qərarlaşıb. "Liverpul" isə 60 xalla 5-ci pilləyə yüksəlib. 

İngiltərə Premyer Liqası
13 may
 
19-cu turun oyunu
 
Aston Villa - Everon 0:0
 
34-cü turun oyunu
 
Mançester Yunayted - Liverpul 2:4
Qol: B.Fernandes, 10. Reşford, 68 - Jota, 34. Firmino, 45+3; 47. Salah, 90.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/947891.html