BMT-nin Baş katibi Qəzza zolağı və İsraildə döyüşlərə son qoyulmasını tələb etdi

 08:39 14.05.2021     53

BMT-nin Baş katibi Antonio Quterreş İsrail-Fələstin münaqişəsində gərginliyin azaldılmasına və tərəflər arasında hərbi döyüşlərin son qoyulmasına çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə A.Quterreş öz "Twitter" səhifəsində yazıb.

Baş katib qeyd edib: "Fitr Bayramı ruhuna hörmət olaraq, dərhal [Qəzza zolağı] və İsraildə gərginliyin azaldılmasına və döyüşlərin dayandırılmasına çağırıram. Həddindən artıq çox günahsız dinc insan həlak olub. Bu münaqişə yalnız bölgədəki [qarşıdurmanın] kəskinləşməsini və ekstremist fəaliyyətləri şiddətləndirə bilər".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/947881.html