BMT Təhlükəsizlik Şurası İsrail-Fələstin münaqişəsinə görə TOPLANIR

 08:24 14.05.2021     40

BMT Təhlükəsizlik Şurası 16 mayda Fələstin-İsrail qarşıdurma zonasında gərginliyin artmasını müzakirə etmək üçün açıq iclas keçirəcək.

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, ABŞ-ın BMT Təhlükəsizlik Şurasının cümə günü (14 may) iclasına etirazından sonra Şura İsrail və Fələstin arasındakı gərginliyin və davam edən zorakılığı bazar günü (16 may) açıq iclasda müzakirə etmək qərarına gəlib.

Xatırladaq ki, ABŞ BMT Təhlükəsizlik Şurasına sədrlik edın Çin ilə Şuranın müvəqqəti üzvləri - Norveçin və Tunisin cümə günü toplantı keçirilməsinə dair tələbinə "gərginliyi azaltma cəhdlərinə qatqısı olmayacaq" səbəbilə etiraz etmişdi.

Qeyd edə ki, BMT Təhlükəsizlik Şurası bu həftə iki dəfə təcili iclasda toplanıb. Lakin ABŞ-ın etirazına görə heç bir addım ata bilməyib.

Şura bazar günü keçiriləcək iclasla üçüncü dəfə bir araya gələcək.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/neareast/356073.html