PSJ və "Monako" finalda

 08:49 14.05.2021     50

Futbol üzrə Fransa kubokunda finalçılar məlum olub. Milli.Az matc.az-a istinadən bildirir ki, ilk yarımfinal görüşündə PSJ "Monpelye" ilə qarşılaşıb.

Əsas vaxtı 2:2 hesabıyla bitən qarşılaşmanın penaltilər seriyasında parislilər daha dəqiq olub - 6:5.
 
PSJ-nin finaldakı rəqibi GFA74 - "Monako" matçında müəyyənləşib. Rəqibini 5:1 hesabıyla məğlub edən "Monako" finala yüksəlib. 
 
Beləliklə, Fransa kubokunun finalında PSJ ilə "Monako" üz-üzə gələcək. Həlledici oyun mayın 19-da baş tutacaq.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/947892.html