Böyük asteroid Yer kürəsinə yaxınlaşır - Planetimiz üçün təhlükə var?

 09:05 14.05.2021     46

Amerika Birləşmiş Ştatları Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) 88 ilə 200 m arasındakı diametrli asteroidin Yer kürəsinə yaxınlaşması barədə xəbərdarlıq edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə NASA-nın Yerə Yaxın Kosmik Obyektləri Araşdırma Mərkəzinin saytında deyilib.

Bildirilib, mayın 14-də 2015 KJ19 adlandırılan səma cismi ABŞ-ın Şərq Sahili vaxtı ilə saat 06:04-də planetimizə 5,77 milyon km məsafədə yaxınlaşacaq. Bu da Yerdən Aya olan məsafədən 15 qat çoxdur. Asteroidin uçuş sürəti təxminən 83 min km/s.

Mərkəzin mütəxəssisləri səma cismini planetimiz üçün təhlükəli hesab etmirlər.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/947894.html