Bu, II Dünya savaşından bəri ilk dəfədir - Rus admiral

 10:00 14.05.2021     46

NATO-nun Arktikada, Rusiya sərhədi yaxınlığında əməliyyat və döyüş təlimi hazırlıqları fəaliyyəti son zamanlar artmaqdadır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Şimal donanmasının rəhbəri, admiral Aleksandr Moiseyev deyib.

“NATO hərbi dəniz qüvvələrinin döyüş gəmiləri tək və qrup şəklində səfərlərə başlayıb. Praktiki olaraq bu, İkinci Dünya müharibəsindən bəri baş verməmişdi. ABŞ Hərbi Dəniz Qüvvələri Barens və Norveç dənizlərində varlığını artmaqda davam edir”, - deyə admiral bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/558506.html