"Səhvlərimə görə bu yerə çatmışam" - Aygün Kazımova

 10:24 14.05.2021     48

Xalq artisti Aygün Kazımova sənət yolunda bir çox çətinliklərin öhtəsindən gəldiyini açıqlayıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu barədə "MTV" kanalına müsahibəsində danışıb:

"Bəlli bir yerə gəlmisənsə, tanınır, sevilirsənsə, çətinliklər olmalıdır. Asanlıqla heç nə əldə etmək olmur. Öz səhvlərimə görə o qədər yıxılmışam. Çoxları düşünüb ki, mən artıq o problemdən sonra qalxmaram. Amma birdən simurq quşu kimi öz külümdən yenidən doğulmuşam. O xasiyyətimə görə, tez-tez məni bu quşa oxşadırlar. Səhvlərimə görə gəlib, bu yerə çatmışam".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/showbiz/947910.html