Tramp kütləvi aksiyalara başlayır

 10:54 14.05.2021     50

ABŞ-ın keçmiş prezidenti Donald Tramp iyun ayından etibarən kütləvi aksiyalara başlayır.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Post” qəzeti yazıb.

Məlumata görə, artıq Trampın qərargahı iyunda iki mitinqin keçirilməsi üçün yer seçiminə başlayıblar. Üçüncü mitinqin isə 3 iyul – ABŞ-ın Müstəqillik Gününə yaxın bir tarixdə gerçəkləşdiriləcəyi bildirilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/558594.html