Bakıda avtomobil vuran şəxsin ayağı amputasiya edildi

 11:04 14.05.2021     55

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfərin iki ayaq sümüyü sınıb.

Milli.Az bildirir ki, hadisə Maştağa qəsəbəsində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Güləhmədov Samir Əlikram oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralının hər iki ayaq sümüyü sınıb. O, xəstəxanaya yerləşdirilib. Cərrahi əməliyyat zamanı sol ayağı amputasiya edilib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/947924.html