Xalq artisti Şuşada torpağa səcdə etdi

 11:14 14.05.2021     56

Əslən Şuşadan olan Xalq artisti Firəngiz Mütəllimova “Xarıbülbül festivalı”nın qonaqları arasında yer alıb.

Publika.az xəbər verir ki, aktrisa Şuşada çəkdirdiyi kadrları sosial şəbəkədə paylaşıb.

Onun torpağa səcdəyə getməsi xüsusilə diqqət çəkib.

“Şuşa sənə qovuşmaq Ramazan bayramı günü mənə qismət oldu. Torpağına qurban olum!” , - o, fotolara qeyd edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/magazin1/356084.html