Bakıda 9 min manatlıq oğurluq edən keçmiş məhkumlar tutulub

 14:39 14.05.2021     54

Bakıda oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində X. Səlimova məxsus avtomobildən 4 000 manat pul və sənəd oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş V. Babayev saxlanılıb.

"Yüksəliş" müsabiqəsində kütləvi zəhərlənməyə görə xalq artistinin qızına cinayət işi açılıb
Göyçayda bacısı qızını qətlə yetirən şəxs həbs edilib
Lənkəranda qadın 3-cü mərtəbədən yıxılıb

Bundan başqa, oğurluq etdiyinə görə tutulanE. Həmidovun və F. Müzəffərovun ətrafında Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi tərəfindən aparılan əməliyyatlarla onların mayın 12-də rayon ərazisindəki evlərin birindən 4 980 manat dəyərində məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/948012.html