Patruşev Qriqoryanla sərhəd məsələsini müzakirə etdi

 14:52 14.05.2021     41

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev erməni həmkarı Armen Qriqoryanla Azırbaycan-Ermənistan sərhədində dövlət sərhədinin demarkasiyası ilə bağlı İrəvan tərəfindən yaradılan gərginliyi müzakirə edib.

Publika.az
xəbər verir ki, bu barədə Ermənistan tərəfi məlumat yayıb.

Məlumatda bildirilir ki, tərəflər problemin həlli variantlarını müzakirə edib.

Qriqoryan problemin həlli üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mexanizmlərinin işə salınmasının vacibliyini bildirib.

Patruşev problemin diplomatik yolla həllinin tərəfdarı olduqlarını və Rusiyanın bu istiqamətdə çalışdığını qeyd edib.

Asif


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/southcaucasus/356106.html