Hindistanda koronavirusa yoluxanların sayı 24 milyonu ötüb

 15:07 14.05.2021     48

Son sutka ərzində Hindistanda 343 144 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 24 046 809-a çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyinin açıqlamasında deyilir.

Hindistanda üç həftə ardıcıl olaraq (22 apreldən bəri) gündəlik yoluxma sayı 300 min həddini ötür, may ayında sutkalıq yoluxma 400 min həddini beş dəfə keçib.

Ölkədə koronavirusdan ölənlərin sayı son 24 saat ərzində 4 min nəfər artaraq 262 317-yə, sağalan xəstələrin sayı isə ərzində 344 776 nəfər artaraq 20 079 599-a çatıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/947931.html