KTMT: Ermənistandan rəsmi sənəd daxil olmayıb

 15:20 14.05.2021     61

Ermənistandan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sərhəddəki vəziyyətlə bağlı heç bir sənəd daxil olmayıb.

Publika.az
xəbər verir ki, bu barədə KTMT-dən RİA Novostiyə məlumat verilib.

Qeyd edək ki, Ermənistan dünən KTMT-yə rəsmi müraciət etdiyini açıqlayıb. Müraciət 4-cü maddə (dövlətə hücum) ilə yox, 2-ci maddə (hücum təhdidi) üzrə edilib.

Asif


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/southcaucasus/356110.html