"Bu şəklim senzuraya məruz qalıb" - Vanda Nara

 15:45 14.05.2021     45

PSJ-nin argentinalı ulduzu Mauro İkardinin xanımı və meneceri Vanda Nara yeni foto paylaşaraq izləyicilərinə, ələxsus qadınlara müraciət edib.

O, paylaşdığı açıq-saçıq şəkilləri tənqid edən xanım izləyicilərinə səslənərək, burada qeyri-adi bir şeyin olmadığını və onun fikirlərinə hörmət etməyə çağırıb.

"Bu şəklim senzuraya məruz qalıb. İndi 1810-cu yox, 2021-ci ildəyik. Bikinili fotolarda qeyri-adi heç nə yoxdur. Xüsusən xanım izləyicilərə səslənirəm. Mənfi rəylər yazırsınız.Gəlin bir-birimizə hörmət edək ki, bizə hörmət etsinlər".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/947832.html