Bu yolda hərəkət məhdudlaşdırıldı

 15:47 14.05.2021     58

Zabrat şossesində Zabrat qəsəbəsi istiqamətində Musa Bayramov küçəsi ilə kəsişən hissədə yolda aparılan təmir işləri ilə əlaqədar olaraq yolun bir zolağı hərəkət üçün məhdudlaşdırılıb.

Bu barədə Publika.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd edilib ki, bu səbəbdən Zabrat şossesində Əmir Bağırov küçəsi ilə kəsişmədən başlayaraq təmir aparılan hissəyədək sıxlıq müşahidə olunur.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/neqliyyat/356107.html